Ərizələrin notarial təsdiqi, həyata keçirilməsi

Ərizələrin notarial təsdiqi, həyata keçirilməsi prosedurası. Hüquqi prosedurlar zamanı müxtəlif məsələlərlə bağlı razılıq ərizəsinin verilməsi tələb olunur. Məsələn, əgər siz 18 yaşına çatmayan övladınızı xarici ölkəyə səyahət məqsədilə aparmaq istəyirsinizsə, bu zaman hər iki valideynin razılığı tələb olunduğundan razılıq ərizəsinə və onun notarial qaydada təsdiq olunmasına ehtiyac yaranır. Yaxud mənzilinizi satmaq istəyirsinizsə, bu zaman həmin mənzildə qeydiyyatda olanların hamısının razılıq verdiyinə dair ərizə olmalıdır. Digər bir nümunə kimi isə nikah dövründə əldə olunan ümumi mülkiyyəti ərin (arvadın) satması zamanı qarşı tərəfin razılığının alınmasını göstərə bilərik.

Ərizələrin notarial təsdiqi, həyata keçirilməsi prosedurası.

Notasmart.az

Razılıq ərizəsi necə təsdiq olunur?

Bu ərizələrin təsdiq olunması olduqca sadədir. Belə ki, razılıq verən şəxslər şəxsiyyət vəsiqəsi və zəruri olduqda digər sənədlərlə birlikdə istənilən notariat ofisinə yaxınlaşmaqla həmin ərizəni orada tərtib edib təsdiq etdirə bilər.

Razılıq ərizəsinin təsdiqi üçün dövlət rüsumu nə qədərdir?

Razılıq ərizəsinin təsdiqi üçün dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 10 manat təşkil edir.