Daşınmaz əmlak nədir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlak dedikdə, yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər nəzərdə tutulur. Başqa sözlə, mənzil, yaşayış evi, torpaq sahəsi, bağ, bağ evi, qaraj və s. kimi hərəkət etdirilməsi mümkün olmayan obyektlər daşınmaz əmlak hesab olunur. Əgər siz daşınmaz əmlakınızı satmaq, bağışlamaq, dəyişdirmək, bir sözlə, başqasının mülkiyyətinə keçirmək istəyirsinizsə, bu zaman qanunvericiliyin tələbinə əsasən, qarşı tərəflə bağlayacağınız müqavilə (alqı-satqı, bağışlama, dəyişdirmə, renta müqaviləsi və s.) notarial təsdiq olunmalıdır. Müqavilənin notarial təsdiqi gələcəkdə yarana biləcək mübahisələrin qarşısını alır, müəyyən faktların məhkəmədə sübut edilməsi imkanını təmin edir.

Daşınmaz əmlakla bağlı notarial təsdiq tələb edən hər bir müqavilə üzrə məlumatı ətraflı şəkildə bu bölmədə əldə edə bilərsiniz.