Torpaq sahəsinin icarəyə verilməsi, prosedur aparılma qaydaları

Torpaq sahəsinin icarəyə verilməsi, notarial prosedur aparılma qaydaları. Torpağın icarəsi və onun notarial təsdiqi torpaq mülkiyyətçiləri və icarəyə götürənlər arasında mühüm bir prosesdir. Notasmart.az platforması olaraq torpaq icarə müqaviləsinin mahiyyəti, təsdiqi üçün lazım olan sənədlər və icarə üçün tətbiq olunan dövlət rüsumları haqqında ətraflı məlumatı təqdim edirik.

Torpaq sahəsinin icarəyə verilməsi

Notasmart.az

İcarə müqaviləsi nədir

İcarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növü hesab olunur. Mülkiyyətçi mülkiyyətindəki qeyri-yaşayış sahəsini müəyyən müddətə başqasının istifadəsinə vermək istəyirsə, bu zaman tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır.

İcarə müqaviləsi əsasında mülkiyyətçi, öz mülkiyyətini fiziki və ya hüquqi şəxslərin (yəni bir şəxsə və ya müəssisəyə, təşkilata) istifadəsinə verərək, həm məkanın effektiv istifadəsini təmin edir, həm də əlavə gəlir əldə edir.

Torpaq sahəsinin icarəyə verilməsi, İcarə müqaviləsinin təsdiqi üçün hansı sənədlər lazımdır

Bu zaman aşağıdakı sənədlər notarius tərəfindən tələb edilir:

  • tərəflərin şəxsiyyətini təsdiq edən sənəd, əgər bir tərəf hüquqi şəxsdirsə, onun VÖEN-i, qeydiyyat şəhadətnaməsi;
  • əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd ( Bu sənəd 2006-cı ilin iyulun 6-dək əldə edilmişdirsə, “qeydiyyat vəsiqəsi”, digər halda “çıxarış” – “kupça” hesab olunur);
  • əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış ( Sadə dillə desək, “Forma-1” arayışı. Qeyd edək ki, əgər siz əmlak üzərində mülkiyyət hüququnuzu təsdiq edən sənəd qismində çıxarışı (yəni kupçanı) təqdim etmisinizsə, həmin arayışı müqaviləni bağlayan zaman notariusların özü bazadan əldə edir və buna görə 39 manat ödəniş tələb olunur.

Əgər notarius həmin sənədi bazadan əldə edə bilmirsə, bu zaman siz “Forma-1” arayışının alınması üçün bir gün öncədən “Asan Xidmət” mərkəzinə müraciət edə bilərsiniz, bu halda dövlət rüsumunun məbləği 10 manat, xidmət haqqının məbləği isə 20 manat nəzərdə tutulmuşdur.);

  • mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi;
  • torpaq sahəsi nikah dövründə əldə olunubsa, onun icarəyə verilməsinə ərin (arvadın) razılığı;
  • Əlavə olaraq, əgər siz müqavilə əsasında öz əmlakınızı ərinizin (arvadınızın), uşaqlarınızın, valideynlərinizin, babanızın, nənənizin, nəvənizin, qardaşınızın və ya bacınızın istifadəsinə verirsinizsə, bu halda sənəd qismində qohumluq münasibətinizi təsdiq edən sənədləri də təqdim etməlisiniz.

Torpağın icarəsi üçün dövlət rüsumu nə qədərdir?

Torpağın icarəsi üçün dövlət rüsumu müqavilənin tərəflərindən asılı olaraq dəyişir. Əgər:

  • tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə – 15 manat dövlət rüsumu, 2 manat 25 qəpik xidmət haqqı;
  • tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul fiziki və ya hüquqi şəxsdirsə – 15 manat dövlət rüsumu, 2 manat 25 qəpik xidmət haqqı;
  • tərəflər digər fiziki və hüquqi şəxsdirsə – 100 manat dövlət rüsumu, 15 manat xidmət haqqı ödənişi edilir.