Sənədlərin tərcüməsi, sənədlərdəki imzalar və tərcümələrin həqiqiliyinin notarial təsdiq proseduru
Sənədlərin tərcüməsi, sənədlərdəki imzalar və tərcümələrin həqiqiliyinin notarial təsdiq proseduru. Bu dəfə sənədlərdəki imzaların və tərcümələrin doğruluğunun notarial təsdiq prosesini izah etməyə çalışacağıq. Məqalənin birinci hissəsi imzaların təsdiqi prosesi, ikinci hissəsi isə tərcümələrin həqiqiliyinin notarial təsdiqi barədədir.

Notasmart.az
Sənədlərdəki imzaların həqiqiliyinin notarial təsdiq edilməsi
Bəzi hallarda sənədlərdəki imzaların həqiqiliyinin təsdiq olunmasına zərurət yaranır. Bu prosedur çox sadədir. Belə ki, şəxsiyyət vəsiqənizlə birlikdə istənilən notariat ofisinə yaxınlaşmaqla xidmətdən yararlana bilərsiniz. Bu zaman göstərilən xidmətə görə ödəniləcək dövlət rüsumunun məbləği hər imza üçün 3 manatdır. Bundan əlavə, hər imzanın təsdiqi üçün 3 manat xidmət haqqı ödənişi də həyata keçirməlisiniz.
Sənədlərin tərcüməsi düzgünlüyünün təsdiq edilməsi
Bəzi hallarda tərcümə olunan sənədin tərcüməsinin düzgünlüyünün təsdiq olunmasına zərurət yaranır. Bu zaman siz şəxsiyyət vəsiqənizlə birlikdə istənilən notariat ofisinə yaxınlaşmaqla xidmətdən yararlana bilərsiniz. Qeyd edək ki, bir sıra notariusların özü tərəfindən tərcümə xidmətləri təklif edilir. Lakin sənədin tərcüməsini özünüz (yaxud başqa yerdə) həyata keçirmisinizsə, bu zaman notarius həmin tərcümənin düzgünlüyünü yoxladıqdan sonra onu təsdiq edəcəkdir. Yəni notarius müvafiq dili bilirsə, həmin sənəddəki tərcümənin düzgünlüyünü təsdiq edəcək, dili bilmədiyi halda isə tərcüməçi vasitəsilə sənədin düzgün tərcümə olunub-olunmadığına aydınlıq gətirəcək. Sənəd düzgün tərcümə olunubsa, onu təsdiq edəcəkdir.
Sənədlərin tərcüməsi düzgünlüyünün təsdiq edilməsinə görə dövlət rüsumları
Sənədlərin tərcüməsinin düzgünlüyünün təsdiq edilməsinə görə dövlət rüsumunun və xidmət haqqının məbləği aşağıdakı kimidir:
- Hər səhifəyə görə 1 manat 50 qəpik dövlət rüsumu;
- Hər səhifəyə görə 1 manat 50 qəpik xidmət haqqı.