Nizamnamə payının alqı-satqısı, notariat proseduru, bunun üçün lazım olan sənədlər və dövlət rüsumu

Nizamnamə payının alqı-satqısı, notariat proseduru

Notasmart.az

Nizamnamə payının alqı-satqısı, notariat proseduru, bunun üçün lazım olan sənədlər və dövlət rüsumu – prosesin bütün mərhələləri barədə hər şey bu yazıda!

İlkin olaraq qeyd edək ki, nizamnamə payının alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün istənilən notariat ofisinə, eləcə də “ASAN xidmət” mərkəzlərindəki notariat ofislərinə müraciət edə bilərsiniz.

Nizamnamə payının alqı-satqısı üçün hansı sənədlər lazımdır

Bunun üçün aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • tərəflərin şəxsiyyət vəsiqəsi;
  • nizamnamə;
  • Dövlət Vergi Xidmətindən payın girovda olub-olmaması barədə arayış;
  • Əmlak Məsələləri Dövlət Xidmətindən şirkətin tərkibində əmlakın olub-olmaması ilə bağlı arayış;
  • Nizamnamədəki pay əmlak olduğu halda əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi Forma 1 arayışı;
  • Pay sahibi nikahdadırsa, nikah haqqında şəhadətnaməsi, eləcə də pay birgə nikah dövründə əldə olunubsa, ərin (arvadın) notarial qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
  • İclas protokolundan çıxarış (əgər təsisçi bir nəfərdisə, bu sənədin təqdim olunmasına ehtiyac yoxdur).

Nizamnamə payının alqı-satqısının rəsmiləşdirilməsi üçün dövlət rüsumları tarifləri

  • Nizamnamə payının tərkibində daşınmaz əmlak varsa və Bаkı şəhərində yerləşirsə, dövlət rüsumu 280 mаnаt, хidmətə görə tutulаn hаqq 42 mаnаt,
  • Əmlak Sumqayıt ,Gəncə və Abşeron rayonunda yerləşirsə, dövlət rüsumu 196 manat, xidmətə görə tutulan haqq 29 manat 40 qəpik,
  • Digər şəhər və rаyоnlаrdа yerləşirsə, dövlət rüsumu 140 mаnаt, хidmətə görə tutulаn hаqq 21 mаnаt təşkil edir.

Payın tərkibində əmlak yoxdursa:

  • Tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdırsa, dövlət rüsumu 15 manat, xidmətə görə tutulan haqq isə 2.25 manat,
  • Tərəflər digər şəxslərdirsə, dövlət rüsumu 100 mаnаt, хidmətə görə tutulаn hаqq 15 manat təşkil edir.

Nəzərinizə çatdırırıq ki, rüsum və xidmət haqqı bank vasitəsilə ödənilərkən bankın növündən asılı olaraq komissiya haqqı tutulur. Əksər hallarda bu məbləğ 40 qəpik təşkil edir.