Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

Notariuslar tərəfindən təsdiq olunan etibarnamələri şərti olaraq aşağıdakı növlərə bölmək olar:
– nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələr;
– nəqliyyət vasitəsinə sərəncam verilməsinə (yəni satılmasına, girov qoyulmasına, icarə verilməsinə və s. kimi hərəkətlərə) dair etibarnamələr;
– sair etibarnamələr.