Daşınar əmlak nədir

Daşınar əmlak nədir? Qanunvericilikdə tez-tez rast gəlinən bu ifadənin sadə dildə açıqlaması yəqin ki bir çox oxucularımızı maraqlandırır. Daşınar əmlak dedikdə bir yerdən başqa yerə yerinin dəyişdirilməsi mümkün olan əmlak növləri başa düşülür. Bu kateqoriyaya avtomobil, qiymətli kağızlar, səhmlər, pul, veksellər, çeklər və s. kimi əmlak növlərini aid etmək olar. Bu bölmədə Siz müxtəlif daşınar əmlak növləri ilə bağlı aparılan notariat əməliyyatları (avtomobillərin alqı-satqısı, səhmlərin satışı, borc müqaviləsinin bağlanması və s.) barədə məlumat əldə edə bilərsiniz.