“AHN Group”un məhsulu kimi ictimaiyyətin istifadəsinə təqdim edilən NotaSmart veb-saytı, notarial ofislər və notariat xidmətləri ilə bağlı müstəqil informasiya platforması kimi fəaliyyət göstərir. Məlumat mərkəzi rolunu daşıyan saytımızın əsas məqsədi vətəndaşların qeyd edilən mövzulara dair operativ qaydada hüquqi maarifləndirilməsidir.
Bu məqsədlə saytda mütəmadi olaraq maarifləndirici yazılar dərc olunaraq notariat hərəkətlərinin həyata keçirilməsi ilə bağlı prosedur qaydalar Azərbaycan Respublikasının qanunvericilik bazasına istinad edilməklə oxucuların diqqətinə çatdırılır və oxucuların praktikada üzləşə biləcəkləri müxtəlif tipli suallara aydınlıq gətirilir.
Saytımız notariat hərəkətlərinin müxtəlif fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat modullarını əhatə edir. Cari fəaliyyət göstərən notariat ofislərinin yerləşdiyi yer, iş qrafiki və s. barədə informasiyalar da saytda təqdim olunur. Saytın yaratdığı unikal imkanlardan biri də istifadəçilərin sayt üzərindən onlayn konsultasiya ala bilməsi və heç yerə getmədən, sayt üzərindən birbaşa mütəxəssislərə suallarını yönləndirə bilmələridir.
Həmçinin, saytımızda elektron xidmətlərin həcminin genişləndirilməsi, istifadəçilərin tələblərinə cavab verən yeni informasiya modullarının mütəmadi olaraq əlavə olunması nəzərdə tutulub.
Xidmətimizin əsas məqsədi, vətəndaşların məmnunluğunu təmin etməkdir.