Sizə yaxın olan notariat ofisini və istənilən xidmətini seçin

Bizim xidmətlər

Notariat xidmətləri, daşınmaz və daşınar əmlakın qeydiyyatı, tələb olunan sənədlərdən dövlət rüsumuna qədər sizə lazım olan bütün məlumatlar

Notariat xidmətləri, daşınar və daşınmaz əmlakla bağlı sizi maraqlandıran məsələlər barədə məlumat əldə etmək istəyirsinizsə, Notasmart.az ehtiyacınızı olan platformadır. Veb-sayt notariat xidmətləri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə fəaliyyət göstərir. Platformada notariat xidmətləri ilə bağlı bütün məsələlər ətraflı şəkildə izah edilir:

  • Bakıda və Azərbaycanın bütün bölgələrində daşınmaz əmlakın alqı-satqısı, bağışlanması, icarəyə verilməsi, rentası, dəyişdirilməsi və daşınar əmlakın müxtəlif növlərinin satışının notarial təsdiqi ilə əlaqəli prosedur qaydaları;
  • Daşınmaz və daşınar əmlakla bağlı hər növ hüquqi aktların dövlət qeydiyyatı, tələb olunan sənədlər və dövlət rüsumları, tərcümə xidmətləri haqqında məlumatlar;
  • Vərəsəliklə bağlı şəhadətnamələrin verilməsi, sənədlərin surətinin təsdiqi və digər notariat xidmətləri ilə bağlı detallı məlumatlar.

Saytımız notarial əməliyyatlar və həmin əməliyyatların icrası zamanı yarana biləcək hüquqi suallar üzrə ətraflı maarifləndirmə məqsədi daşıyır.

Online hüquqi konsultasiya əldə etmək imkanı

Lazım olduqda ən yaxın notariat ofisi, notariusların iş saatları, bazar günü işləyən notariuslar barədə qısa zamanda məlumat əldə etmək, yəqin ki, bir çoxumuzu düşündürən məsələlərdəndir. Çünki hüquqi əməliyyatların icrası ilə bağlı sənədlərin toplanması, notarial təsdiqi bir sıra hallarda vaxt tələb edən prosesdir. Notasmart.az saytı sizə vaxt itkisini minimuma endirməklə ən keyfiyyətli xidmət əldə etmək şansı yaradır. Belə ki, sizə ən yaxın məsafədə yerləşən notariat ofisi, notariusların iş saatları (rejimi), ünvanı haqqında ətraflı məlumatı, eləcə də notariusların əlaqə məlumatları, bazar günü işləyən notariuslar barədə məlumatı heç yerə yaxınlaşmadan saytımızdan əldə edə bilərsiniz.

Bundan əlavə, Notasmart.az olaraq sizə vaxtınıza qənaət etmək və yüksək keyfiyyətli hüquqi konsultasiya xidmətləri əldə etmək imkanını təklif edirik. Peşəkar hüquqşünas heyətimiz, notariat xidmətləri və hər hansı digər hüquqi məsələlər barədə suallarınıza operativ və aydın cavablar verməyə hazırdır. Saytımıza daxil olaraq, “Sual vermək” və ya “Online konsultasiya” bölmələrindən faydalanaraq, adınızı, soyadınızı, telefon nömrənizi və ya elektron poçt ünvanınızı qeyd etməklə suallarınıza tez bir zamanda cavab ala bilərsiniz. Suallarınız müraciət etdiyiniz andan 24 saat ərzində mütəxəssislərimiz tərəfindən cavablandırılacaqdır.

Notariat işləri ilə bağlı hərtərəfli və aydın məlumat üçün Notasmart.az sizin yanınızdadır. Əgər siz də suallarınıza cavab əldə etmək istəyirsinizsə, elə indi peşəkar hüquqi konsultasiya xidmətimizdən istifadə edin.